Cəmiyyət

Babək prospektində işlər nə zaman bitəcək? - VİDEO

21 Avqust 2018 21:11
0 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni dərs ili yaxınlaşdığından Babək prospektində aparılan yenidənqurma işləri də sürətləndirilib. Artıq prospektin 6 kilometrə yaxın hissəsində əsas işlər tamamlanmaq üzrədir. Hazırda prospektin 6-cı kilometr hissəsinə ikinci qat asfalt örtüyünün vurulması işləri aparılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən bərpa edilən Babək prospekti birinci texniki dərəcəyə uyğun olaraq qurulur. Son mərhələdə yola 3-cü qat asfalt örtüyü vurulacaq.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur.

Prospekt boyunca qaz xətləri, təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənib.

Bundan başqa mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur.

Avtomobil yolları dövlət agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, yenidənqurma işlərinin cari ilin sentyabr-oktyabr aylarında yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Babək prospektinin istifadəyə verilməsi Bakının nəqliyyat yükünün azaldılmasına əhəmiyyətli dərəcədə təsir edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Babək prospektində işlər nə zaman bitəcək?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.