Cəmiyyət

Azərbaycan şəhidləri Kərbəlada İmam Hüseyn hərəmində tanıdıldı - FOTO

20 Avqust 2018 12:50
2 Şərh     Baxış: 3 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan yola çıxan "Ərəfə" karvanı avqustun 18-si Kərbəlaya çatıb. Zəvvarlarımız Azərbaycaycan bayraqları və şəhidlərimizin şəkilləri ilə keçirdikləri yürüşlə ilk ziyarətinə başlayıblar.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, avqustun 19-u isə İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil olunub. Məclis Azərbaycanın tanınmış qarisi hacı Ruslan Qasımovun Qurani-Kərimin tilavəti ilə başlayıb.

Daha sonra ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib. Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən söz açıb. Xütbənin ardınca tanınmış Əhli-Beyt məddahı Seyid Peyman Boradigahi növhə və mərsiyyələr oxuyub.

Ötən il olduğu kimi bu ildə şəhidlər sərvəri həzrət İmam Hüseynin (ə) hərəmində Azərbaycan şəhidlərinin şəkilləri və bayraqlarımız yerləşdirilib. Bundan əlavə gənc zəvvarlarımızın köynəklərini şəhidlərimizin şəkilləri bəzəyib. İzdihamlı tədbirə digər ölkələrdən olan zəvvarlar da qatılıblar.

Qeyd edək ki, avqustun 11-i Azərbaycandan yeddi yüz nəfərlik karvan Ərəfə günü Kərbəlanı ziyarət etmək üçün yola çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.