Cəmiyyət

"İnsanlığa nifrət etdim" - Aktrisa hönkürtü ilə ağladı - VİDEO

20 Avqust 2018 10:30
6 Şərh     Baxış: 7 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Sumqayıtda kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, görüntüləri izləyən aktrisa Gülşən Hüseynli göz yaşlarını saxlaya bilməyib. 

Aktrisa hər kəsi heyvanlarla qəddar davranmamağa səsləyib. G.Hüseynli videomüraciətində bunları deyib:

"Facebook"da gözləri çıxarılmış itin videosunu gördüm və insanlığa nifrət etdim. İnsan nə cür belə qəddar ola bilər ki, bir itin əl-qolunu bağlayıb onun gözlərini çıxartsın. O it sənə nə etmişdi axı, ay şərəfsiz insan. Xahiş edirəm, heyvanları öldürməyin, heyvanları qoruyun, axı onlar da canlıdır, əziyyət çəkirlər. Mən dünəndən özümə gələ bilmirəm. Xahiş edirəm, gəlin dəstək olaq, qoymayaq heyvanları incitsinlər".

Qeyd edək ki, G.Hüseynli həmin itin əməliyyatı üçün bütün xərcləri ödəyəcək. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.