Cəmiyyət

Gözlərimizi dünyaya açan adamlar - VİDEO

19 Avqust 2018 20:54
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fotoqraflıq sənəti incə zövq, işə sevgi və "üçüncü göz" tələb edir.Bəzən əksər insanların hər gün əhəmiyyət vermədən baxıb keçdiyi "sıradan bir" məqamı fotoqraflar bir başqa prizmadan təqdim etməklə milyonların diqqətini cəlb edirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda da peşəkar, yüksək perspektivli fotoqraflar kifayət qədərdir.Onlardan biri də illərini bu peşəyə həsr edən və professional olaraq fotoqrafiya sənətilə məşqul olan Azərbaycan fotoqraflar birliyinin sədr müavini Rauf Umudovdur.

Rauf Umudov insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin əslində dərin fəlsəfəsi olduğunu deyir.

Fotoşəkillərə biz maraqlı hadisələri, qəşəng mənzərələri, sevdiyimiz insanları, təkrarlanmayacaq hadisələri həkk edirik. Bu da imkan verir ki, keçmişə qayıdıb həyatımızın unudulmaz anlarını göz önündən keçirək.. Fotoqrafiya təkcə maraq deyil, o həm zövq, həm peşə və hətta incəsənətdir. Fotoqraflar sadəcə görə bilmədiklərimizi göstərməklə məşğul deyillər həm də görülməli şeyləri gələcəyə ötürməklə məşğuldular. Yəni unutmağa qoymurlar dəyərləri. Peşə bayramında isə azərpoct da onları unutmadı.

Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi "Azərpoçt" MMC növbəti dəfə maraqlı aksiya keçirib."Azərpoçt" MMC-nin əməkdaşları 19 avqust Beynəlxalq Fotoqraflar Günü münasibətilə paytaxt Bakının müxtəlif yerlərində, açıq havada və şəxsi foto studiyalarda çalışan fotoqrafları hədiyyələrlə təbrik edib.

Aksiya münasibətilə fotoqraflara təqdim edilən hədiyyələr içərisində müasir poçt rabitəsinin 200 illik tarixini özündə əks etdirən fotoalbom da yer alıb.Öz fotoaparatı ilə tarixi yaddaşlara yazan fotoqrafları bu dəfə "Azərpoçt" MMC-nin obyektivi lentə alıb.

Aksiyanın yekunu olaraq çəkilən şəkillər bir fotoalbomda toplanaraq poşt vasitəsilə aksiyada iştirak edən fotoqrafların ünvanlarına göndəriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gözlərimizi dünyaya açan adamlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.