Cəmiyyət

Qeyri-adi tərəvəz: Qara pomidor görənləri təəccübləndirdi - VİDEO

18 Avqust 2018 21:11
2 Şərh     Baxış: 7 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeyri-adi meyvə tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini bu dəfədə bostanında əkdiyi qara pomidorla görənləri təəccübləndirib. O, Ukraynadan gətirdiyi sortu öz bağında yerli iqlimə uyğunlaşdırıb.

Tərəvəzçiliyə maragı olan Zaqatala sakini qeyri-adi tərəvəzlər yetişdirir. O, bağında hətta qara pomidor da əkib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ixtisasca aqronom olan Aydın Sulxayev gənclik illərində müxtəlif fərqli sahələrdə çalışdığından,öz sevdiyi peşəsi ilə ahıl yaşlarında məşğul olmaga başlayıb. Yuxarı Tala kəndində yerləşən bağ evinin həyətində yüzlərlə bitki becərən həmsöhbətimiz daha çox qeyri adi güllər, meyvə və tərəvəzlər əldə edir. Elə qara pomidorun toxumunu daUkrainalı bir dostundan alıb və yerli şəraitdə yetişdirib.

Rayon sakini bildirir ki, bu qeyri-adi pomidor geni dəyişdirilmiş deyil. Yəni, selleksiya üsulu ilə əldə edilib.

Onun bağında başqa xaricdən gətirilmiş tərəvəzlər də var.

Bağbanlıqlacəmi iki ildir ki, məşğul olmasına baxmayaraq, artıq 20-dən çox bitki növünü xaricdən Azərbaycana gətirərək, yerli iqlim şəraitinə uyğunlaşdırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qeyri-adi tərəvəz

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.