Cəmiyyət

Azərbaycanda nəvə nənəsinin evini qarət etdi - VİDEO

18 Avqust 2018 20:52
1 Şərh     Baxış: 1 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda nənəsinin evindən oğurluq edən şəxs tutulub. Hadisə Xəzər rayonunda baş verib. Binəqədi rayonunda da mənzil qarət edən şəxs ifşa edilib. Ağsaqqal kişi tanımadığı şəxsə 16 min manatdan çox ziyan vurub.

Nəvə nənəsinin evini qarət edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayon Türkan qəsəbəsində baş verib.Yaşlı bir qadın rayon polis idarəsinə müraciət edib ki, evindən naməlum şəraitdə 2500 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətin ev sahibinin nəvəsi, Bakı şəhər sakini Nurlan Nadirov tərəfindən törədildiyi müəyyən olunub. Şübhəli bilinənşəxs saxlanılaraq istintaqa təqdim edilib. Nurlan Nadirov ifadəsində nənəsinin evdə olmadığı müddətdə mənzildən oğurluq etdiyini bildirib.

Başqa bir mənzil oğurluğu isə paytaxtın Binəqədi rayonunda baş verib. Motodrom yaşayış massivində Sahib Səfərovun evindən 6 min manat pul və 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuşMustafa Hacıyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Hər iki faktla bağlı rayon polis idarələrində oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda nəvə nənəsinin evini qarət etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.