Cəmiyyət

Bakıda 29 yaşlı qardaşını yerə yıxaraq bıçaqladılar - VİDEO

16 Avqust 2018 22:12
3 Şərh     Baxış: 4 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Köməyə gələn 29 yaşlı qardaşını yerə yıxaraq bıçaqladılar. Ürək və qarnından bıçaq xəsarətləri alan həmin şəxs öldü.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Nizami rayonunda qətl hadisəsi baş verib.Hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 a ünvanında olub.Belə ki, gecə saatlarında oyun salonundan evə qayıdan Firudin Qəribova bir qrup şəxs sataşıb. Firudin Qəribov isə onlara cavab verəndə həmin şəxslərlə onun arasında dava düşüb.

Hadisə yerinə gələn Firudin Qəribovun qardaşı 29 yaşlı Rauf Qəribov həmin şəxslərə qardaşını niyə vurduqlarını bildirib.Bundan sonra həmin şəxslər onu da yerə yıxaraq əvvəlcə döyüb, sonra bıçaqla ürək və qarın nahiyyəsindən vurublar.

Qətlə yetirilən Rauf Qəribovun atası onun qatillərinin tezliklə tapılmasını istəyir.

Faktla bağlı hazırda Nizami rayon polis idarəsi əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin tutulması istiqamətində işlər aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
29 yaşlı qardaşını yerə yıxaraq bıçaqladılar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.