Cəmiyyət

Samuxda dəhşətli qətl - Kişi evdən küsüb gedən arvadını öldürdü - VİDEO

16 Avqust 2018 21:11
10 Şərh     Baxış: 2 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samuxda ərlə arvadın münaqişəsi qanla nəticələnib. Həyat yoldaşını övladlarının gözü qarşısında bıçaqlayaraq qətlə yetirən gənc onun bibisinə də çoxsaylı xəsarətlər yetirib.

Uzun müddət davam edən ailə münaqişəsi nəticəsində qadın ayrılaraq atası evinə gedib. Ancaq həyat yoldaşı ona burda da rahatlıq verməyib..

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Samuxun Ziyadlı kəndində 33 yaşlı Elvin Bayramov ondan 2 ay əvvəl ayrılaraq atası evinə qayıdan həyat yoldaşı 25 yaşlı Müşafərin Bayramovanı elə atası evində bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı onların 3 azyaşlı övladı da evdə olub.

Məlumata görə yoldaşı ilə barışmağa gələn E.Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. Qanlı cinayət törədilərkən Müşafərinin bibisi Xatirə Salmanova da evdə olub. 51 yaşlı qadın Elvinə mane olmaq istəyərkən onun özü də çoxsaylı vıçaq xəsarətləri alıb.

Hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilən yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirirlər. Cinayəti törədən Elvin Bayramov isə polis tərəfindən isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanılıb,istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Samuxda dəhşətli qətl

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.