Cəmiyyət

Qızıl və gümüş medal alan məzunlar - VİDEO

15 Avqust 2018 21:59
2 Şərh     Baxış: 2 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumi təhsili xüsusi nailiyyətlə başa vuran məzunlar qızıl və gümüş medalla təltif edilib. Milli.Az bildirir ki, bununla bağlı Təhsil Naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, 185 məzun qızıl, 38-məzun isə gümüş medala layiq görülüb. Təhsil Nazirliyinin əməkdaşı Gülarə Xüdiyeva qızıl və gümüş medala layiq görülən şagirdlərin ümumi nəticələri barədə məlumat verib.

Qızıl medal almaq üçün şagirdin tək orta məktəbi əla qiymətlərlə bitirməsi kifayət deyil. Gülarə Xüdiyeva deyir ki, respublika üzrə məktəbi əla qiymətlə bitirən minlərlə şagird var. Amma onların hamısı heç də mükafatlandırılmır. Qızılvə gümüşlə təltif edilən şagirdlər həm məktəbin ictimai həyatında fəal iştrak edib, həm də respublika üzrə müxtəlif fən olimpiyadasında qalib olmalıdır. Yəni bu göstəricilər məzunların təltif edilməsində böyük rol oynayır.

Qeyd edək ki, qızıl və gümüş medalla təltif edilən şagirdlərin xüsusi bir imtiyazı yoxdur. Nəzəra alsaq ki, artıq qəbul imtahanı yekunlaşıb və təltif edilən məzunların çoxu 600-dən yuxarı, 5 nəfər isə 700 bal toplayıb. Amma onlar qızıl və gümüş medal qazanandıqları barədə bu gün xəbər tutublar.

Onu da qeyd edək ki, qızılla təltif edilən 185 şagirddən 40-ı Bakı məktəblərinin məzunlarıdır. Onlarınadları oxuduqları məktəbin "Şərəf kitabı"na da yazılacaq. Növbəti həftə içi bütün şagirdlər oxuduqları məktəbdə müəllim kollektivi qarşısında təltif ediləcək.

Müsahibimiz Nuray Ağayeva da qızıl medal qazanan məzunlardandır. O, Xətai rayon Humanitar Fənlər Təmayüllü məktəb-liseyin məzunudur. Bu il ali məktəbə qəbul imtahanında 672 bal toplayan Nuray gələcəkdə tarixçi olmaq istəyir. O, da mükafata layiq görülməsi bardə günün ikinci yarısında xəbər tutduğunudeyir.

Qeyd edək ki, ümumi təhsili xüsusi nailiyyətlə başa vuran məzunlara qızıl və gümüş medalın layiq görülməsi 2010-cu ildən Nazirlər Kobinetinin qərarı ilə verilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qızıl və gümüş medal alan məzunlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.