Cəmiyyət

Lənkəranda gənc qadını qohumu bıçaqladı

14 Avqust 2018 23:47
2 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda gənc qadın ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 50 ünvanında qeydiyyatda olan 1994-cü il təvəllüdlü Əlizadə Gülsüma Ceyhun qızı axşam saat 21:30 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Yaxınları G.Əlizadənin ehtiyatsızlıqdan xəsarət aldığını söyləyiblər. Yaralının tibbi müayinəsi zamanı onun sağ qoltuqaltı nahiyəsində, sağ qolun iç nahiyəsində və sağ budun sağ nahiyələrində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraların olduğu müəyyən edilərək cərrahi əməliyyat olunub.

G.Əlizadə əvvəllər ailəli olub.

Əldə etdiyimiz məlumata görə, hadisə ailə münaqişəsi zəminində Elşən adlı yaxın qohumu tərəfindən törədilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.