Cəmiyyət

İlk DOST mərkəzi nə vaxt yaradılacaq? - Nazir müavini AÇIQLADI - VİDEO

14 Avqust 2018 21:09
0 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk DOST mərkəz bu il yaradılacaq. Bunun üçün öncə pilot rayon seçiləcək. "XəzərXəbər"ə eksklüziv müsahibə verən əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli ilk DOST mərkəzin fəaliyyətə başlayacağı tarixi də açıqlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, DOST Mərkəzlər sosial sahədə indiyədək mövcud olan problemləri həll etmək və bütün xidmətləri vahid mərkəzdən insanlara göstərmək üçün yaradılıb. Bunu "XəzərXəbər"ə müsahibəsində əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini ilk DOST Mərkəzin fəaliyyətə başlayacağı vaxtı da açıqlayıb.

Mətin Kərimli bildirir ki, hazırda hansı xidmətlərin DOST Mərkəzlərdə olması ilə bağlı ciddi araşdırmalar aparılır. Məqsəd maksimum çox xidməti bir mərkəzdə toplamaqdır.

Onu da qeyd edək ki, DOST Mərkəzlərin bütün Azərbaycan ərazisini əhatə etməsi planlaşdırılır. Məqsəd bu xidmətisosial sahədə bir brendə çevirməkdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İlk DOST mərkəzi nə vaxt yaradılacaq?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.