Cəmiyyət

Sürücülərin nəzərinə - VİDEO

12 Avqust 2018 22:55
1 Şərh     Baxış: 5 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pik saatlarında yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə yolda dəyişiklik edilib. Milli.Az bildirir ki, söhbət paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsindən gedir. Sözügedən yol artıq bir neçə gündür ki,''Bolluq'' bazarı kimi tanınan ərazinin yanından bir tərəfli olub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yolun bir tərəfli edilməsində məqsəd günün pik saatlarında sıxlığı aradan qaldırmaqdır.

Sürücülər də bu dəyşikliyin müsbət nəticə verəcəyini deyirlər.

Amma buna baxmayaraq hələ də bu nişana fikir verməyib əks yola çıxan sürücülər var. Baxmayaraq ki, dəyşiklik zamanı yolda nişanlama xətləri və lazımi yol nişanları da qoyulub. Onu da qeyd edək ki, ''Dərnəgül'' metrostansiyası və ''Bolluq'' bazarı istiqamətindən gələn sürücülər şəhər mərkəzinə doğru getmək üçün ''Azadlıq'' metrosu yaxınlığında geri dönüş etməklə hərəkətə davam edirlər.

Sözügedən dəyşiklik zamanı minik avtomobilləri ilə yanaşı 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının hərəkəti də rahatlaşıb. Burdakı dəyşiklik də sürücülərin ürəyincədir.

Qeyd edək ki, bundan sonra da Bakı Nəqliyyat Agentliyi, Şəhər Dövlət Yol Polis İdarəsi ilə paytaxtda nəqliyyat sıxlığı yararnan yollara baxış keçirib, lazımi dəyşiklik edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülərin nəzərinə - 12.08.2012

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.