Cəmiyyət

82 yaşlı piyadanı maşın vurub

12 Avqust 2018 20:35
0 Şərh     Baxış: 416

Ağdaşda yaşlı kişini avtomobil vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Ləki-Xınaxlı avtomobil yolunda baş verib. Belə ki, Abad kənd sakini idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçmək istəyən 82 yaşlı Ağzıbir kənd sakini İbrahimov Babakərim Səfiqulu oğlunu vuraraq xəsarət yetirib. Piyada ön şüşəyə çırpılaraq onu qırıb və maşının üzərində bir sürə qalaraq yerə düşüb. Yaralıya yardım olunması üçün əraziyə həkim dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.