Cəmiyyət

"Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır"

12 Avqust 2018 08:49
Baxış: 729

"Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarına verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir. Bugün biz Azərbaycan gənclərinin uğurlu sədasını dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidirik. Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər".

Milli.Az bildirir ki, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı 12 Avqust- Beynəlxalq Gənclər Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasəti ümumi dövlət siyasətinin prioritet istiqaməti kimi həyata keçirilir: "Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün Cənab Prezident olduqca tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir fərd kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bugün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar. Təcrübə göstərir ki, Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır və öyrənilir".

Fərid Şahbazlı bildirib ki, gənclərimiz də dövlətimizin yaratdığı şəraitdən maksimum faydalanmağa və etimada layiq olmağa çalışır: "Gəncliyimiz tarixin bütün mərhələlərində Azərbaycan dövlətinin, dövətçiliyinin yanında olub, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. Müstəqilliyimizin əldə olunmasında, ölkənin inkişaf etməsində, müasir Azərbaycanın daha da güclənməsində gənclərimizin mühüm rolu var. Gənclərimiz qısa müddətdə böyük uğurlar əldə ediblər. Amma qarşıda bizi gözləyən böyük hədəflərimiz var. Bunun üçün biz gənclər beynəlxalq əməkdaşlığa daha çox diqqət yetirməli, digər ölkələrin gəncləri ilə münasibətləri daha da dərinləşdirməli, bu vasitə ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynamalıyıq".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.