Cəmiyyət

Biləsuvarda güclü külək fəsadlar törədib

11 Avqust 2018 21:14
0 Şərh     Baxış: 845

Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Biləsuvar rayonunda fəsadlar törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, elektrik naqillərinin qırılması nəticəsində Ağalıkənd, Amankənd, Dövrüşlü və Ovçubərə də daxil olmaqla 6 kəndə enerji verilişi tam dayanıb, bəzi ərazilərə isə fasilələrlə verilib.

Bildirilir ki, fəsadların aradan qaldırılmasından sonra bu dəqiqələrdə həmin ərazilərə enerji verilişi bərpa olunub.

Hazırda rayonda küləkli hava şəraiti davam edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.