Cəmiyyət

Bakıda qadın ərə getmək istəmədiyi kişi tərəfindən öldürüldü

11 Avqust 2018 21:09
10 Şərh     Baxış: 2 343

Dünən Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Xəzər rayonunun hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Məlumata əsasən, 1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızına Buzovnadakı evinin qarşısında çoxsaylı bıçaq zərbələri endirilib. Əməliyyat-axtarış qrupu hadisə üzrə şübhəlinin şəxsiyyətini müəyyən edib. Məlum olub ki, hadisəni Ağsu rayon sakini, daha əvvəl məhkum olunmuş Mərdanov Zəfər Rafiq oğlu törədib. Mərdanov hələlik saxlanılmayıb, bu istiqamətdə iş gedir.

Həmçinin müəyyən olunub ki, hadisə yerinə Mərdanov tanışı Zülfiyyə Şiriyevaya məxsus Mitsubishi markalı avtomobillə gəlib.

Qətl sözügedən rayonda quraşdırılmış müşahidə kamerasına düşüb. Cinayətkarın avtomobili Şağan qəsəbəsinin ərazisində tapılıb.

Şiriyeva da əməliyyatçılar tərəfindən saxlanılıb. Məlum olub ki, o cinayətin şahididir, hadisə baş verən anda maşında olub. Onun barəsində AR CM-nin 307 (cinayəti bilib gizlətmə) maddəsi ilə cinayət işi açılıb.

İstintaq həmçinin aydın edib ki, cinayətin səbəbi Hümbətovanın Mərdanova ərə getməkdən imtina etməsidir. Hümbətovanın azyaşlı övladı qalıb.

Fakt üzrə araşdırma davam edir.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Qumru · 11 Avqust 21:1611

    Qaranliq meqamlar coxdur,tek onu deye bilerem ki, yene olan uwaga oldu.Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    .... · 11 Avqust 22:0420

    Tanis qadindi ..duzdu kisi devid b-di ona gore getmey istemiyib.elci de gelibler deyilene gore istemiyib..bele goturende basdan xerebi kim istiyer.yaziq bosanib onsuzda..bir usagi da qaldi yetim..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Avqust 22:3020

    Dehsete gelirem eeeee Belelerine niye ölçü götürmürlər baş acmiram eeee bunun her tikesin qulaqi boyda etmek lazimdi Lap hirslendimeeee Manyak Bir defe yatib da turme bunun üçün hec nedi öldürmek lezimdi bunu Sen ne ixtiyarla camaatin balasin öldürürsen yaziq qadın offfff

    Cavab yaz
  • Anonim
    Asss · 11 Avqust 22:3320

    Durdugu yerde heckim tanjmadigi birine elci getmir axi.nese bezi deylenlere gore qiz evveller taniw olub oglanla soradan uzaqlawmaq isteyib deye oglan bele edib

    Cavab yaz
    • Anonim
      @@@ · 11 Avqust 23:4930

      Tanış ola bilər. Tanıyanda görüb ki manyakın biridi. Uzaqlaşıb. O da axırı belə. Bəs maşındakı kimiydi görən?

      Cavab yaz
  • Anonim
    LADY- L · 11 Avqust 23:2010

    Bele manyaklara omurluk vermek lazimdi. Lenete gelmsih gor ne ustunde adam oldurub.

    Cavab yaz
  • Anonim
    Teselli · 12 Avqust 00:0100

    Bilmirsen ne yazasan belesine.artiq sevmediyin istemediyin birine yox cavabi vermek heyatin bahasina bawa gelir.dehsetdi vallah

    Cavab yaz
  • Anonim
    Allah Bendesi · 12 Avqust 23:3300

    O Qız əvvələr mənim ən yaxın padruqam olub sora mən ayrı ölkəye geldiyime göre əlaqələr kəsildi. Coox Yaxşı qiziydi həyat heç üzünə gülmədi onun Allah ona Qəni Qəni rəhmət etsin Allah o dunyasin versin.Allah Balasin qorusun.Onu Qətlə yetirenede lənət etsin Amin.

    Cavab yaz
    • Anonim
      Leyla · 13 Avqust 16:1600

      Gerey qizda senle gederdi azerbaycan kisileri yasamaga qoymur

      Cavab yaz
  • Anonim
    TT044 · 13 Avqust 14:5100

    Onun Cavabini icerde Qesey Qesey Vereceyler Ele qesey Vereceyler Super

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.