Cəmiyyət

Həcc ziyarəti üçün zəvvarların ilk qrupu yola salınıb - VİDEO

11 Avqust 2018 20:43
16 Şərh     Baxış: 1 373

Həcc ziyarəti üçün zəvvarların ilk qrupu bu gün yola salınıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin həcc məsələləri üzrə məsul şəxsi Həmdulla Babayev deyib.

Həmdulla Babayev builki zəvvarların sayını və müqəddəs səfər üçün çəkilən xərci də açıqlayıb. Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində davam edən hərc-mərclik və yolların təhlükəli olması həcc ziyarətinə gedənlərin sayına da təsir göstərib.

Zəvvarların ödədiyi pula bütün xidmətlər, eyni zamanda əlavə olaraq tibbi xidmət də daxildir. Yəni zəvvarlar verdikləri vəsaitdən əlavə heç bir əlavə xərc çəkməli olmurlar.

Qeyd edək ki, Yaxın Şərqdə yaranan siyasi təlatümlər nəticəsində həccə gedənlərin sayında ciddi azalmalar baş verib. Belə ki, 2008-2009-cu illərdə 8-10 min nəfər həcc ziyarətinə gedirdisə, indi bu rəqəm heç 1500-ə çatmır. Təyyarə ilə gediş zamanı təqdim olunan otellərin sayı isə məhdud olduğundan bu yolla gedənlər daha çox pul verməli olur, həm də çox sayda insan kütləsini əhatə edə bilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həcc ziyarəti üçün zəvvarların ilk qrupu yola salınıb

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    PRiNS · 11 Avqust 20:56118

    Gedin, gedin! Gedin bu ölkenin olan-qalanını, size çatan qepik-qurušu da doldurun ereb fırıldaqçılarının ciblerine. Qoy pulları çox olsun Qafqazdan qız satın alıb Dubayda eylenmeye...

    Cavab yaz
    • Anonim
      Mamlyuk · 11 Avqust 22:1689

      Bu bizim xalqımızın nə qədər geridə qalmasını göstərir. Hətta ən dindar olan İran xalqı belə fanatlıq etmir. Həccə gedənlərin 90%-i kasıblardır və banklardan kredit götürüb həccə gedirlər. Sonra da illərlə özlərinin, uşaqlarının və ya nəvələrinin boğazlarından kəsib krediti ödəyirlər.

      Cavab yaz
      • Anonim
        PRiNS · 11 Avqust 22:3556

        Bir az da geri gedesidirler. Emin olun.

        Cavab yaz
  • Anonim
    Mozalan · 11 Avqust 21:1253

    Yəqin 2008-2009-cu illərdə hamı gedib xoşbəxt olub, indi qalanlar xoşbəxtlik dalınca gedirlər. Bu işdə ən yaxşı seçim o müqəddəs torpaqda əbədi qalmaqdır. O da allahın ən sevimli bəndələrinə nəsib olur.

    Cavab yaz
  • Anonim
    asi · 11 Avqust 22:1958

    Təbii ki, salamat qayıtsınlar..Amma heç yaxşı iş görmürlər..Şablon olaraq o pulu kasıba versin, yazmaq fikrim yoxdu.Lakin ərəbə verincə elə öz ailəsinə xərcləsin..Məsələn ən azı 5 min ərəbin cibinə verincə həmin pulla ailəvi gedib başqa ölkədə xoş maraqlı bir həftə keçirə bilər..Tanıdığım bir kitayski həci var( xanım), həccə minlər tapır, Naxcıvana dəfələrlə 500 manat tapır, Iraqa pul tapır, Irana dəfələrlə pul tapır, Azərbaycandankı ziyarətləri isə su yoluna çevirib.Amma gənc oğluna 1000 manat tapmır ki, təzə başladığı işə sərmayə qoyub 3-5 ildən sonra evlənib ailə quranda arvadını saxlamaq üçün əlində babat işi olsun..

    Cavab yaz
    • Anonim
      H.H · 12 Avqust 14:0252

      Ay cahil,ne elaqesi var o pulu erebe gedir ya kime.Ne bos-bos danisirsan?Allah her bir imkani olan muselmanin bonuna ferz qoyub ki gedib o muqeddes mekani ziyaret etmelidi.Senin kimi yaradanini tanimayanlar ne basa duse biler axi bele seyleri.Bele seyleri qebul elemirsiz oz isinizdi.Zorla din olmur.Amma gelib bu cur murdar fikilerlerinizi yazib insanlarin aglini qarisdirmayin.

      Cavab yaz
    • Anonim
      H.H · 12 Avqust 14:1352

      Eger kimse ziyarete sirf Allahin raziligini qazanmaq ucun getse o pul axireti ucun gedecek ve qarsiligini o dunyada gorecek.Yox eger senin kimisi getse (subhesiz bu ancaq gezmek xarakteri dasiyacaq) o pul ele erebe catacaq ve o dunyada da hec bir qarsiligini gormeyecek.Aydin oldu? Cahilsen!

      Cavab yaz
      • Anonim
        DiNOZAVR · 12 Avqust 18:5003

        )))))))) Yazıq size..

        Cavab yaz
        • Anonim
          H.H · 12 Avqust 20:5512

          aside sende,heyatdan ele udarlar almisiz ki,buna gore Allaha qarsi cixirsiz.Daha bos basinizla hec cure basa dusebilmirsiz ki bu dunya imtahan dunyasidi.

          Cavab yaz
          • Anonim
            DiNOZAVR · 13 Avqust 22:1002

            Siz ağır şekilde xestesiniz. Çox yazįq

            Cavab yaz
  • Anonim
    ...... · 11 Avqust 22:28610

    Sizə nə?? Nə vaxt sizdən gəlib borc alib getsələr onda danişarsiz.

    Cavab yaz
  • Anonim
    007 · 11 Avqust 22:4166

    Əqidə inam iman gözəl şeydir.hərədə 1 cürdür.kimisi maşın ev eşik vəzifə gözəl sevgili çoxlu pul.....kimisi də bunlardan heç birini istəmir.ancaq və ancaq əqidəsini inamını imanını mənəviyyatını zənginləşdirmək istiyir.buna görə də kimsə kimsəni qınaya bilməz.kimsə 100 minlik maşın alır.ona alma deyə bilərsən yox.deyə bilməzsən.çünki o həyatın dəyərini ləzzətini o maşında görür.qısası söhbət Allaha onun seçdiyi dinə kitaba evə inamdan imandan məhəbbətdən gedirsə burada hər kəs öz yolu ilə getməli və başqaları haqda nalayiq fikirlər səsləndirməməlidirlər.əgər belə edirlərsə düzgün deyil.bu insanlıqla ayaqlaşmayan hərəkətlərdir.Allahdan diləyəkki bu ziyarəti arzusunda olan hər kəsə qismət eləsin.amin.qaldıki pulu ərəbin yeməsinə...aşiq məşuqunu görmək üçün çəkdiyi əziyyətlərə xərclərə fikir verməz heç vaxt.bunları saya salsa ondan aşiq olmaz.aqil nə dediyimi anlar.cahilsə dünyaya necə gəlibsə eləcə də gedəcək.

    Cavab yaz
    • Anonim
      ...... · 12 Avqust 00:2932

      Cox gözəl sözlər. Afərin sizə.

      Cavab yaz
    • Anonim
      007ə · 12 Avqust 16:2501

      Siz Nefçala niki ilə yazansız?

      Cavab yaz
      • Anonim
        #### · 12 Avqust 17:0002

        yo nefcalanin qardasu aleksdi pervinin qaqasi kenan kimi ))))))

        Cavab yaz
  • Anonim
    pprinse, asiye, mozalana · 12 Avqust 01:1786

    Kimse Hecce gedir, kimse Yeruselime gedir size ne?! Sizlere girib cixan kiminkidir? Arani az qatin. Gedene yaxsi yol, qalana can sagligi. Dindar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.