Cəmiyyət

Güclü leysan rayonlarda ciddi fəsadlar törədib - VİDEO

11 Avqust 2018 20:11
0 Şərh     Baxış: 1 743

İki gündür ki, ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Leysan yağışlarından sonra çayların daşması nəticəsində yolları, təsərrüfatları su basıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Zaqatala ərazisində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun üzərində olan Muxax, Lahıc, Bəhmətli, Zəyəm kəndlərini su basıb. Həyətyanı və əkin sahələrinə və ev təsərrüfatlarına ciddi ziyan dəyib.

Həmçinin rayonun ən böyük çaylarından olan Tala çayının daşması nəticəsində Höytala, Böhtala, Silban kəndələrini də sel suları basıb. Rayonun mərkəzi küşələrindən olan Vasif Qurbanov, Nizami küçələri, eyni zmanada Azərbaycan prospektində mövcud olan evləri su basıb, həyətyanı sahəyə və iaşə obyektlərinə ziyan dəyib. Həmçinin yol kənarındakı hasarları sel dağıdıb. Hazırda Zaqatala rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerinə cəlb olunub və texnikalar vasitəsilə baş verən fəsadlar aradan qaldırılır.

Aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı məcrasını dəyişib. Nəticədə 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib. Bu səbəbdən Bakı-Balakən marşrutu ilə hərəkət edən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla yola salınıblar.

Fövqəladə Hallar Nazirliyi Zaqatala və Balakəndə daşqınlarla bağlı məlumat yayıb. Daxil olmuş müraciətlər ilə əlaqədar olaraq subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki Müdafiə Qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvəlləri və texnikası hadisə rayonlarına cəlb olunub.

Salyanda isə bu gün səhər saatlarında güclü küləyin təsiri nəticəsində bir neçə iri gövdəli ağac qırılaraq yola düşüb. Salyan rayon Yaşıllaşdırma İdarəsinin işçiləri əraziyə cəlb edilib. Ağaclar doğranaraq ərazidən aparılıb.

Şamaxıda da güclü külək nəticəsində bir neçə kəndə işıq verlişində fasilələr yaranıb. Qızmeydan, Kürdəmic, Dəmirçi, Nağaraxana, Ərçiman, Qalaybuğurd kəndlərində elektrik enerjisi kəsilib. Rayonun Qızmeydan kəndində elektirk xətlərinə və bir neçə evin dam örtüyünə xeyli ziyan dəyib.

Axşam saatlarına qədər bir neçə kənddə elektrik verilişi bərpa edilib. İşlər davam edir.

Qubada isə Talabıqışlaq kəndində yüksək gərginlikli elektrik dirəyi qəflətən yanmağa başlayıb. Hadisəyə görə bir neçə kənd işıqsız qalıb. Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsindən bildirilib ki, problemin aradan qaldırılması üçün əraziyə texnika və işçi heyət göndərilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Güclü leysan rayonlarda ciddi fəsadlar törədib

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.