Cəmiyyət

Fəhlə hamam tikərkən hündürlükdən yıxılıb öldü

10 Avqust 2018 22:14
2 Şərh     Baxış: 1 968

Şəkidə fəhlə tikintidə ölüb.

Milli.Az bildirir ki, Şəki rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Mürsəlov Nurəli Bayraməli oğlu kənd ərazisindəki evlərdən birində hamam tikərkən təxminən 2 metr hündürlükdə tirin üzərindən yıxılıb.

Fəhlə Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılsada da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Mürsəlov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    .... · 10 Avqust 23:0860

    yazıq.Allah rəhmət etsin.yerin behişt olsun

    Cavab yaz
  • Anonim
    Anar · 11 Avqust 02:3700

    Cennet olsun amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.