Cəmiyyət

Bakıda sərnişin avtobusu dərəyə aşdı, ÖLƏN VAR

10 Avqust 2018 22:03
2 Şərh     Baxış: 7 191

Bakıda sərnişin avtobusu dərədən aşıb.

Bu haqda Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Məlumatda deyilir:

"10.08.2018 tarixində saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 HM 363 olan sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Qəza ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə gedib. İlkin məlumata görə 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu sonuncu dayanacaqda olan zaman dərədən aşıb. Hadisə sonuncu dayanacaqda baş verdiyindən, avtobusda sərnişin olmayıb. Qəza zamanı avtobusun sükanı arxasında olan Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, bu cür məlumatlar insanlar arasında çaşqınlıq süni ajiotajın yaranmasına səbəb olur. Xahiş edirik ki, bu cür hadisələr zamanı Bakı Nəqliyyat Agentliyinin yaydığı rəsmi məlumatlara istinad edilsin.

Məlumat üçün onu da bildiririk ki, əvvəllər açıqladığımız kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də təsirli tədbirlər görülməyib".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    . · 11 Avqust 06:0730

    Belke artiq bundan sonar bu qebilden olan yaritmaz dashiyicalara qarshi tedbir goreseniz, "hormetli" cavabdeh qurumlar?

    Cavab yaz
  • Anonim
    SEBUHI · 11 Avqust 19:4500

    Bu da qiymet artiminin neticesidir, yeni ki xidmetin keyfiyyeti artib...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.