Cəmiyyət

Sumqayıtda 7 nömrəli marşrut zəncirvari qəza törədib, yaralılar var

10 Avqust 2018 21:27
2 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə 2-ci məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşrut, idarəetməni itirərək, KİA və Hundai markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.