Cəmiyyət

LiAZ Azərbaycana avtobus tədarük etmək niyyətindədir

10 Avqust 2018 20:09
0 Şərh     Baxış: 2 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Likino avtobus zavodu (LiAZ) Azərbaycana avtobus tədarükünü təşkil etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "QAZ Qrupu"nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.

N.Odintsovun sözlərinə görə, Azərbaycana avtobus tədarükü ilə bağlı bir neçə müqavilənin imzalanması gözlənilir.

Direktor qeyd edib ki, LiAZ-ın məhsullarının təxminən 10 faizi MDB ölkələrinə, ilk növbədə Qazaxıstana ixrac olunur:

"Bu il biz MDB ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, bizim Şərqi Avropaya avtobus ixracı ilə bağlı planlarımız var".

N.Odintsovun sözlərinə görə, LiAZ ildə 2,5 min avtobus istehsal edir. Şirkətin tədarükünün 70 faizi Moskva və Moskvaətrafının payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.