Cəmiyyət

Bakıda 21 günün gəlini yoxa çıxdı - VİDEO

9 Avqust 2018 21:22
17 Şərh     Baxış: 14 145

Paytaxtın Qaradağ rayonunda 18 yaşlı Səma Qafarova evdən yoxa çıxıb. Evləndiyindən 22 gün keçən Səmanın evdən hara getdiyi isə məlum deyil.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 18 yaşlı və 21 günün gəlini olan Səma Qafarova Lökbatanda qaldıqları evdən yoxa çıxıb. Səma Qafarovanın anası onun yaşadığı evdən avqust ayının 6-da yoxa çıxdığını iddia edir. Anası və xalasının verdiyi məlumata görə Səma Qafarova bu ilin iyul ayının 15-də öz istəyi ilə xalası oğlu ilə evlənib. Anası Zeynəb Qafarovanın dediyinə görə aralarında bu zamanda heç bir narazılıq olmayıb. Səma Qafarova hər kəs işdə olan zaman itib.

Zeynəb Qafarovanın dediyinə görə hər kəs işdə olduğuna görə qızı Səma bir qədər qorxduğunu bildirib.

Səmanın anası bildirir ki, bütün qohumlar hamı hər yerdə Səmanı axtarırlar.

Onu da qeyd edək ki, hadisə ilə bağlı Qaradağ rayonunun 10-cı polis bölməsinə də məsələ ilə bağlı müraciət olunub və araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda 21 günün gəlini yoxa çıxdı

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Mamlyuk · 9 Avqust 21:2931

    Niyə hamı sözünün əvəzinə hər kəs kimi axmaq ifadə işlədirsiniz?

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 9 Avqust 21:30161

    Gozel qizdi,basina bir is gelmeden tapilar Insallah Oz isteyi ile aile quran 21 gunun gelini hec neden getmez

    Cavab yaz
    • Anonim
      Qoca baba · 9 Avqust 22:22210

      Yerli qadan alim bu 18 yasli qiz er nedi aile nedi ne basa dusur buna niye tehsil vermiller ere veriller bele ailenin uzun omurulu olmasi cox az olur

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 9 Avqust 22:4960

        Haqlisiz

        Cavab yaz
      • Anonim
        mmm · 10 Avqust 09:5520

        raziyam

        Cavab yaz
      • Anonim
        kate · 10 Avqust 14:2020

        çox haqlısız

        Cavab yaz
  • Anonim
    asi · 9 Avqust 21:32271

    Yalan danışmayın, bu qızın 17 yaşı keçən ay tamam olub və hələ 18 yaşı yoxdur..17 yaşı tamam olar olmaz qızı ərə verən bax elə bu anaya düşür bütün ittihamlar..Qız üzdən də uşaq görsənir hələ.Vacib idi belə tez ərə gedə?? Məktəb stolunun arxasından durub ərin qucağına tullanılıb..Uşaq düşmənləri!!!..

    Cavab yaz
  • Anonim
    mamuska · 9 Avqust 21:35100

    qizin 18 yox,17 yasi var.iyulun 11-de 17 yasini tamamlayib,iyulun 15-i toyu olub. 2018-2001=17

    Cavab yaz
  • Anonim
    orxideya · 9 Avqust 21:46150

    Erkən nigahin erkən fəsadi...

    Cavab yaz
  • Anonim
    Qumru · 9 Avqust 21:58140

    Ailedaxili ne baw verib bilmirik,Allah komekleri olsun,tezlikle tapilsin sag salamat.

    Cavab yaz
  • Anonim
    Mila · 9 Avqust 22:00140

    Geride qalmisliq savadsizliq cahillik buna deyirler qizimi tez ere verim yoxsa evde qalar hec kim almaz qizlar esyadi axi sonra alicilari olmaz vitrinde qalar esya kimi

    Cavab yaz
  • Anonim
    Afa · 9 Avqust 22:1690

    Hələ də valideynlər anlamırlar ki, qızlarını tez ərə verməklə onu bədbəxt edirlər.

    Cavab yaz
  • Anonim
    Arzu · 9 Avqust 23:24120

    Bezi valideyinler qizin 17 yawi tamam olan kimi ona artiq tike kimi baxirlar.valideyinler uwaqlarina eziyyet cekmek istemirler. Xususen de defelerle tekrar olunur yaxin qohum evliliyinden uzaq durun. InwaAllah tez vaxtda tapilar.

    Cavab yaz
  • Anonim
    pervane · 10 Avqust 09:3750

    mene catmadi bu qiz hele menle yawdiye men ozumu gucle gezdirem er ne bilir uwaq ne bilir erken nigaha son mektebi birrem kimi evlik

    Cavab yaz
  • Anonim
    melik · 10 Avqust 15:4912

    qacib yeqin turkiyeye yag bal icine

    Cavab yaz
  • Anonim
    adam · 10 Avqust 16:0520

    18 yox ,17 yaşı var bu qızın. Bu yaşda uşağı da ərə verərlər, onun oxuyan vaxtıdı hələ.

    Cavab yaz
  • Anonim
    . · 10 Avqust 20:0300

    18 deyil 17-dir bunun yashi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.