Cəmiyyət

Neftçalada axşam çaxan ildırım 38 yaşlı qadının ölümünə səbəb oldu - YENİLƏNİB

9 Avqust 2018 09:55
2 Şərh     Baxış: 2 453

09:55

Ötən gün axşamdan əsən külək və yağışla müşayiət olunan şiddətl ildırım çaxması Neftçalada insan tələfatı ilə nəticələnib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, ildırım çaxması nəticəsində ev sahibləri yuxuda olduğu zaman rayonun Şirvanlı qəsəbəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb.

Səhər sübhdən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.

Hazırda hüquq-mühafziə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

----------

09:13

Neftçala rayonunda qadını elektrik cərəyanı vurub.

Milli.Az Report-a istinadən bildirir ki, 1980-cı il təvəllüdlü yerli sakin Əzimova Aynurə İman qızına Şirvanlı kəndində qırılaraq yerə düşmüş elektrik naqili toxunub.

Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ali K · 9 Avqust 11:0443

    2 fikir yarandi mende - 1.Yuksek gerginlikli elektrik xettinin azi 15-20 metr kenarlarinda yasayis evleri tikilemsine icaze yoxdur, boyuk ehtimalla qanunsuz tikilidir. 2.Naqile el vurmaq ise bir o qeder de tecrubesizlik de deye bilmirem cunki xanimin mueyyen qeder yasi ve dunya gorusu olub boyuk ehtimalla. Her bir halda naqilde cereyanin olub-olmadigini bilmeden el vurmaq... dusunurem mueyyen qeder biliksizlikdir. Her bir halda Allah rehmet elesin ve camaat oz ehtiyyatini saxlamagi daima dusunmelidir

    Cavab yaz
    • Anonim
      Qumru · 9 Avqust 13:4610

      Men kende gelin kocmuwem,bizim evin heyetinde walman var,elektrik walmani,indi 45 derece yixilib,bir defe Bakidaki kulekden esse walman awacaq,yeni sozum ondadir ki, evimiz qanunsuz tikili deyil,amma walmanlarin coxu heyetlerden kecir. Hem de heyet supurende hec fikir vermeyib yeqin ki, qirilan elektrik xettidi,belke de adi meftil filan bilib. Duzdu her halda ele havadan sonra ehtiyatli olmaq lazimdir. Allah rehmet elesin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.