Cəmiyyət

"Tərəddüd etmədən suya atıldım və onu suyun dibindən çıxardım" - Xilaskar polis danışdı - VİDEO

8 Avqust 2018 21:50
14 Şərh     Baxış: 4 423

Lənkəranda çayda batan 2 uşaq atasını polis əməkdaşı xilas edib.

Milli.Az bildirir ki, ibrətamiz hadisə Lənkəranın Ürgə kəndində baş verib.

Kənd sakini Ramil Mirzəyev ördəkləri çıxarmaq üçün Veravul çayının kənarına gəlib. Bu zaman isə ayağı büdrəyərək çaya yıxılıb. Ətrafdakıların cəhdlərinə baxmayaraq Ramil Mirzəyevi çaydan çıxarmaq mümkün olmayıb. Bu vaxt ərazidə xidmət aparan Liman polis bölməsinin əməkdaşı, polis kiçik serjantı Taleh Fərzili sakinlərin səsinə gələrək boğulmaqda olan Ramil Mirzəyevi palçıqlı-lilli sudan xilas edib.

Taleh Fərzili daha sonra Ramil Mirzəyevə süni nəfəs verib və ürək masajı edib. Ardınca isə ora çağırılan Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verib. İki uşaq atası Ramil Mirzəyevi xilas edən polis əməkdaşı bunu sadəcə vəzifə borcu hesab etdiyini deyir.

Xəstəxanaya aparılan Ramil Mirzəyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti normaldır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tərəddüd etmədən suya atıldım və onu suyun dibindən çıxardım - Xilaskar polis danışdı

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Şahin Həsənli · 8 Avqust 21:53140

    Allah o polisi hər şeydən qorusun malades.

    Cavab yaz
  • Anonim
    Maya · 8 Avqust 22:11150

    Halal olsun bele oğullarmıza

    Cavab yaz
  • Anonim
    Maya · 8 Avqust 22:12140

    Halal olsun

    Cavab yaz
  • Anonim
    konullu · 8 Avqust 22:28130

    halal olsun

    Cavab yaz
  • Anonim
    .... · 8 Avqust 22:41130

    Halal olsun . allah mın evezın versın.

    Cavab yaz
  • Anonim
    QQ · 8 Avqust 23:16120

    Onun savabı və anasınln duaları bəsdir sənə qəhrəman polisimiz

    Cavab yaz
  • Anonim
    Taksi · 8 Avqust 23:2480

    Sən oldun polis nəfəri yox Polis zabiti Buna layiqsən

    Cavab yaz
  • Anonim
    Insan · 9 Avqust 00:0190

    Gerek bele polislerimizi yuksek qiymetlendirib mukafatlandirsinlar ki, onlar daha da heveslensinler.Insana deyer verdikde o daha yaxsi emeller sahibi olir

    Cavab yaz
    • Anonim
      İsmayıllı S.A. · 9 Avqust 00:4830

      Halal olsun sənə mənim igid polisim...Allaha amanət ol..Sizinlə qürur duyuruq var olun..

      Cavab yaz
  • Anonim
    Yağmur-S · 9 Avqust 01:0730

    Kaşki vetenimin senin kimi vicdanlı övladları çox olaydı polis qardaş!!!!! Allah seni her zaman qorusun.amin

    Cavab yaz
  • Anonim
    Aygun tallin · 9 Avqust 07:3630

    Allah saxlasin bele Igid balalarimizi

    Cavab yaz
  • Anonim
    Roya · 9 Avqust 08:0550

    Allah komeyi olsun polis qardasin.Meqaleni oxuyarken kovreldim.

    Cavab yaz
  • Anonim
    Müxbir · 9 Avqust 08:5720

    Halal olsun o valideyinlərə belə övlad böyüdüb

    Cavab yaz
  • Anonim
    fs · 9 Avqust 09:2220

    Halal olsun Lənkəranımın şirürəkli oğlu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.