Cəmiyyət

Samsung Twin Cooling - ərzaqların təravətinin uzun müddətli qorunması

9 Avqust 2018 10:00
Baxış: 441

Xanımlarımızın bir çoxu ən azı həftədə bir dəfə soyuducunu boşaldaraq, təmizləyir. Əslində bu təmizlik zamanı vaxtımızın çoxunu xarab olmuş ərzaqların ləğv edilməsinə sərf edirik.   Hər bir ərzağın saxlanma müddəti onun tərkibində olan mayenin miqdarından və saxlama hərarətindən asılıdır.  Bu səbəbdən məhsulun rütubəti və saxlanma temperaturu nə qədər yüksək olarsa, o məhsulun istifadə müddəti bir o qədər qısa olar. Köhnə model soyuducularda daxili kamera temperaturunda buzluqdan uzaqlaşdıqca yüksəlmə müşahidə olunurdu, belə ki, ən soyuq rəf birinci (buzluğun alt hissəsində yerləşməsi səbəbindən), ən "isti" isə sonuncu rəf hesab olunurdu.  Twin Cooling sistemi ilə təchiz olunmuş yeni Samsung soyudularının işləmə prinsipi tam fərqlidir. Yeni soyuducuların iki soyutma sistemi vardır ki, bunlardan biri buzluq, digəri isə daxili kamera üçün nəzərdə tutulmuşdur. Belə ki, yeni Samsung soyuducularında buzluq və saxlama kamerasında optimal rütubət və temperaturun tənzimlənməsi üçün iki ayrı hava axını istifadə olunur. Bu sistem, soyuducunun işlək hissələrini bir birindən ayıraraq, hər birini ayrılıqda tənzimləməyə imkan yaradır.  Twin Cooling texnologiyası qida qoxularının bir birinə qarışmasının qarşısını alır, həmçinin, istənilən ərzağı uzun müddət təravətli saxlayır. Belə ki, indi sevimli salatınızda balıq qoxusu olmayacaq, çiyələk isə, hətta yayın ən qızmar günü belə təravətli qalacaq. 

Həmçinin artıq bir neçə işləmə rejimi ilə soyuducunu öz istəklərinizə uyğun tənzimləmə imkanınız vardır. Belə ki, siz istədiyiniz an daxili kameranın həcmini artıra bilərsiniz, bunun üçün bir toxunmuşla buzluğu saxlama kamerasına çevirməniz gərəkdir. İstirahətə yollanarkən isə daxili kameranı söndürərək, sadəcə buzluğu aktiv saxlaya bilərsiniz, bununla da elektrik enerjisinə qənaət etmiş olarsınız. 

Bundan əlavə Samsungun yeni soyuducuları inverter kompressoru ilə təchiz olunublar. Digital inverter texnologiyası soyudulmanın 7 mərhələsində sürəti avtomatik olaraq tənzimləyir. Bu texnologiya sayəsində, kompressor daha az elektrik enerjisi sərf edir, sakit işləmə prosesinə malikdir və köhnəlməyə daha az meyllidir.  Bütün bunlar da öz növbəsində soyuducunun uzun müddətli istifadəsini təmin edir. Həmçinin, bu tip kompressor istehsalçı tərəfindən 10 il zəmanətlə təmin edilir. 
Samsung soyuducuları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az  və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.