Cəmiyyət

Günün qoroskopu: cari proseslərlə məşğul olun

9 Avqust 2018 00:01
29 Şərh     Baxış: 9 537

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun.

Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun.

Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz.

Buğa - sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın. Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana bilər. Bir sıra məsələlərdə konkretlik yaranır.

Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi maraqların reallaşması ilə nəticələnsin.

Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə irəliləyişlər vəd edən işlərlə məşğul olun.

Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin. Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın.

Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil.

Əkizlər - zəifləmək, ruhdan düşmək vaxtı deyil. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı var.

İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin.
Təmkinli, səbrli olun, emosiyalara uymayın.

Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə üzləşə bilərsiniz.

Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə yardım edəcək.

Xərçəng - yaşamda bir çox məqamlar dəyişəcək. Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun.

İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan məlumatları nəzarətdə saxlayın.  
Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən nəzərdən keçirmək gərəkdir.

Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün aktiv çalışın.

Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın ətrafınızdakı insanlarla paylaşın.
Səhhətiniz barədə düşünün.

Şir - qüvvələr balansı və diqqətin konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan həllini tapacaq.

Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal müəyyənləşdirin.

Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü azalır.

Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz.

Qız - həyəcan, nigaranlıq və emosiyaların bol olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın. Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə çalışın.

 İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin. Planlarla bağlı kimsəyə açıqlama verməyin.
Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara, sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin.

Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini qohumlarla müzakirə etmək mümkündür.
Axşam saatlarında istirahət edin.

Tərəzi - emosional gündür. İndi əsas məsələ "arxa cəbhə"ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır.

Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən işlərə mane olmasına rəvac verməyin.

Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır. İmic də dəyişikliklər tələb edir.

Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın.
Axşam saatlarında yaxşıca istirahət edin.

Əqrəb - gərgin və qarışıq gündür. Baş verənləri ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun. Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin.

Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın.
Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə tələsməyin.

Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil.

Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan verməyin.

Oxatan - işdə, çalışdığınız yerdə və ya fəaliyyət göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar, təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan verməyin.

Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın.
İşlərin gedişatı sizi narazı sala bilər.

Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin. Məqsədəuyğun şəkildə davranın.

Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə qatılmayın.
Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır.

Oğlaq - bəzi situasiyalarda qarşıdurma hiss oluna bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr etməyin.

Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.
Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı onlarla müzakirələr apara bilərsiniz.

Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın reallaşmasına hələ çox var.
Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi maneənin birgə dəf olunması həll edə bilər.

Dolça - ailə və evlə bağlı işlər bu gün prioriet olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin.

Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.
Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın.

İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu qaydaya salın.
Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin.

Balıqlar - səhər saatlarından etibarən işlərlə aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın. Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə bilər.

Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox qısa zamanda münaqişə yaranacaq.

Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı vaxtı gözləmək olar.
Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq cizgi əlavə edin.

Axşam saatlarında dincəlin.

Milli.Az

loading...

Şərh yaz:

29 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Avqust 00:0255

    Gözel Esra candan Salam olsun Sabahiniz uqurla acilsin

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 Avqust 00:0423

      Moder cannnnn ne hızlıııııı oh beeeeee Moder cannnnnn:))

      Cavab yaz
    • Anonim
      Tramp · 9 Avqust 02:0710

      Sizinde sabahlnız uğurla açılsınsın

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 9 Avqust 08:4001

        Cox saq ol var ol .

        Cavab yaz
    • Anonim
      Daglı · 9 Avqust 08:0921

      Gözel Daglı Candan salam olsun Sabahiniz uqurla acilsin.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Avqust 00:0323

    Status-Heyatda 2 növ ayriliq var Biri insanı yandırır, Biri insanı sındırır !!

    Cavab yaz
  • Anonim
    Mehriban 1 · 9 Avqust 00:5400

    Canim Esra bacim Senin de Sabahin xeyirli olsun isin ugurlu olsun Canim bacim

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 Avqust 08:3511

      Mehrim can cox saq ol var ol

      Cavab yaz
  • Anonim
    Tramp · 9 Avqust 02:0601

    Kim mənim saçlarımı istiyir 10 milyona

    Cavab yaz
  • Anonim
    Nurane · 9 Avqust 03:0600

    Bu bürclər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3010

    Yeni gününüz uğurlu olsun.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3100

    BÜRCLƏR HAQQINDA - ★★★...586...★★★BÖLÜM--Bürcünüzün problemin bilirdiz?

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3210

    ♈-QOÇ-♈Qapalı bir yerdə uzun müddət dayana bilmir. Qışda başına şlyapa, beret taxmadan küçəyə çıxmır.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 Avqust 08:5022

      Dubbeduz

      Cavab yaz
    • Anonim
      Saray♡ · 9 Avqust 10:1001

      1 ci cümlə dübbədüz. Amma 2 ci cümlə mənlik deyil.bu yaşıma qədər başımda saçlarımdan başqa birşey görən olmayıb;)))

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3301

    ♉-BUĞA-♉Maşına minsin və ya evə girsin mütləq qapısını kilitlər. Onlarla hətta yüzlərlə çanta və pul kisəsi var və hamısının içində üç beş qəpik mütləq var.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3400

    ♊-ƏKİZLƏR-♊Əllərini, ayaqlarını oynatmadan bir şey anlatamaz.Çib telefonu olmadan küçəyə çıxmaz.pencərə açmadan bir otaqda dura bilməz.Səyahat düşkünlüyü ilə məşhurdur.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3500

    ♋-XƏRÇƏNG-♋İUşaqlıq oyuncaqlarını göndərməz, keçmişə dair nə varsa saxlayır. Bazarlıq etmədən bir malı almaz.işine fayda deyə heç bir şeyi ata bilməz.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 Avqust 08:5312

      Dubbeduz papam saxlayib Esgerlikden Macaristandan getirdiyi suvenirler indi de qalir hamisi coxun men zay etdim amma saxlayandi papam (Xercengimin biricik qizi Esra can )

      Cavab yaz
      • Anonim
        Diqqet!! · 9 Avqust 10:0332

        Xerxcengin biricik zayi esra

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 9 Avqust 10:3423

          Bəsdidəəəəəə nədiiiiiiii Men Xercengin qiziyam sen yeqin ata ananin brak fiktivni istemeden emele gelmiş mehsulusan Meni 5 il hesretnen gozluyubler ay yaziq bildinnn zay sensen

          Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3600

    ♌-ŞİR-♌Danışarkən saçları ilə oynamadan dura bilməz. Hər çantanın içində mütləq güzgü və də kəlbətin var. Qızıl boyunbağı, qızıl saat, qızıl üzük taxmağı çox sevir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3710

    ♍-QIZ-♍Əllərini yumaq ən böyük meyllilik. Ətirsiz küçəyə çıxmır. Dodaqlarını yemək düşkünlüyü var. Canı sıx, barmaqlarını ritmik bir yerə vuraraq sıxıntısını dilə gətirir.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3800

    ♎-TƏRƏZİ-♎Ehtiyacı olsun və ya olmasın bayıra çıxdı, yoxsa bir şey almadan evə qayıtmaz. Hər çantanın içində ayrı bir makiyaj materialı vardır.Marka düşkünlüyü ilə tanınır.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:3900

    ♐-OXATAN-♐Kişilər kostyumdan nifrət edir. Nigah məmurunun önündə belə geyməyi də inkar edirlər.Mavi və bənövşəyi rəngləri geyinmədən dayanmaz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:4000

    ♑-OĞLAQ-♑Kişiləri top saqqal, fular, qol düyməsi və saat taxmadan dayanmaz.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:4000

    ♒-DOLÇA-♒Maddi vəziyyəti nə olursa olsun, tək daş üzük taxma düşkünlüyü ilə məşhurdur.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 9 Avqust 08:4100

    ♓-BALIQ-♓Ayaqqabı həvəskarı olmaları ilə məşhurdurlar. Onlarla hətta yüzlərlə ayaqqabısı var. Maneə atma kiçik problemləri var.

    Cavab yaz
  • Anonim
    Eliye · 9 Avqust 11:50160

    Eli proqnoz yazmaya bilersen.yazdiqlarin tekrardi ta.özüne eziyyet verme.yene de sag ol.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.