Cəmiyyət

Şəkidə 32 yaşlı qadın dərmandan zəhərlənib

22 İyul 2018 22:38
1 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 32 yaşlı qadın dərmandan zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saat 14 radələrində Şəki şəhəri,  F.X. Xoyski küçəsi ev 52 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Səidə Nərbala qızı Məmmədkərimova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı 32 yaşlı Səidə Məmmədkərimovanın hələ ki məlum olmayan səbəbdən müxtəlif adda 15 ədəd dərman həbi qəbul etdiyi müəyyənləşib. Səidə Məmmədkərimovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.