Cəmiyyət

Bakının it bazarında qiymətlər - REPORTAJ - VİDEO

22 İyul 2018 20:36
3 Şərh     Baxış: 4 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yay aylarında it və pişik alanların sayı artır. Biri ov üçün, digər isə bağ evini qorumaq üçün it alır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın mərkəzi hissəsində yerləşən "Təzə bazar"da 50 manatdan 1000 manata kimi it tapmaq mümkündür. Kirpilər isə ən çox həyət evlərində ilanların məhv edilməsi məqsədi ilə alınır.

Çəkiliş zamanı məlum oldu ki, xüsusən bu aylarda bazarda canlanma müşahidə olunur. Bunun isə başlıca səbəbi yay aylarında bağ evlərinə bu cür heyvanların alınmasıdır. İtlərin qiymətləri cinsinə görə dəyişir. Minimum bir itin qiyməti 50 manatdan başlayır.

Ən çox satılan itlər isə Sibir cinsli itlərdir.

Bazarda qiyməti 100-150 manat olan itlərə tələb daha çoxdur.

Satıcıların sözlərinə görə, yay aylarında kirpi alanların da sayı çoxdur. Kirpilər isə ən çox həyət evlərində ilanların məhv edilməsi məqsədi ilə alınır.

Bundan başqa, bazarda müxtəlif növ pişiklər var.

Qiymətləri isə 50 manatdan başlayır. Hətta 1500 manata və daha baha qiymətə pişiklər satılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
777

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.