Cəmiyyət

Lobya kəskin bahalaşıb - Səbəb nədir? - VİDEO

22 İyul 2018 20:34
0 Şərh     Baxış: 3 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənli bitki olan lobyanın qiyməti bahalaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hazırda bazarlarda bu məhsul həm azdır, həm də baha qiymətə satılır.

Məsələn, Tovuz bazarında ötən il 1 kiloqramı 50-70 qəpik arasında satılan lobya hazırda 2 manata alıcılara təklif olunur.

Ötən il satıcıların piştaxtasında kisələrlə lobya görmək olurdusa, bu il ən çoxu 5-6 kiloqram olur. Məhsulun qiymətinin baha olmasını elə alıcılar da təsdiq edir.

Paytaxt bazarlarında da lobyanın qiymətində bahalaşma hiss olunur. Satıcıların sözlərinə görə, hazırda lobyanın 1kiloqramı 2 manat 50 qəpiyə satılır.

Satıcılar lobyanın qiymətinin artmasına səbəb kimi isə bölgələrdə təsərrüfatlarda su qıtlığının yarnmasını və havaların isti keçməsini göstərirlər.

Satıcıların sözlərinə görə, məhsulun qiymətində yaxın günlərdə dəyişiklik gözlənilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Lobya kəskin bahalaşıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.