Cəmiyyət

Masazırda yol qəzası: 1 nəfər faciəvi şəkildə ölüb, yaralananlar var - VİDEO - FOTO

21 İyul 2018 07:26
0 Şərh     Baxış: 2 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masazır qəsəbəsində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Novxanı qəsəbəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, 10-NO-127 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobili idarə edən 1966-ci il təvəllüdlü Vəliyev Mahir Şamxal oğlu əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxıb. Nəticədə "Opel" 1980-ci il təvəllüdlü Sailova Könül Bayram qızı idarə etdiyi 90-KU-773 "Hyundai Tucson" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Hyundai" digər 90-RB-444 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobillə çırpılıb. "Hyundai" və "Niva"-nın hər ikisinin arxa təkəri sıradan çıxıb. Avtomobillər səkiyə çırpıldıqdan sonra dayanıb.

"Opel"-in sürücüsü M.Vəliyev ayaqları sınaraq o, avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. O, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Lakin M.Vəliyevin hər iki ayağı kəsildiyindən qan itirmədən dünyasını dəyişib.

"Hyundai"-ın sürücüsü K. Sailova və sərnişin 1996-ci il təvəllüdlü Abbasov Elşən Rəfael oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əraziyə Yol və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir. Hər üç avtomobil deformasiyaya uğradığından avtomaşınlar cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Avtotexniki ekspertiza təyin edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Abşeronda faciəvi yol qəzası - ölən və yaralananlar var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.