Cəmiyyət

Bakıda yolu çökdürən zirzəmi sökülür - VİDEO - FOTO

20 İyul 2018 21:39
0 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çökmüş yolun altında ikimərtəbəli zirzəmi aşkarlanıb.

Milli.Az bildirir ki, söhbət Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində bir neçə gün bundan əvvəl baş vermiş çökmədən gedir. Hazırda həmin ərazidə qazıntı işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin verdiyi məlumata əsasən, binanın zirzəmisi böyük bir ərazini əhatə edir.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yolu çökdürən zirzəmi sökülür

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.