Cəmiyyət

Bakıda 36 yaşlı kişi itkin düşüb

20 Sentyabr 2018 23:04
0 Şərh     Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 36 yaşlı kişi itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə sentyabrın 19-da Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Bayıl qəsəbəsi, F.Qurbanov küçəsi ev 61-də yaşayan 1945-ci il təvəllüdlü Əsədov Valeh Hidayət oğlu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 19-da onunla yaşayan oğlu, 1982-ci il təvəllüdlü Orxan Valeh oğlu Əsədov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən araşdırmalara başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.