Cəmiyyət

Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

19 İyul 2018 21:06
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə həmyerlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əməliyyatı Kürdəmir polisi keçirib. Rayon sakini Simuzər Bağıyeva polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bu il iyulun 7-dən 11-dək Bakı şəhərində olub. Yaşadığı ünvana qayıtdıqda isə görüb ki, evdə olan noutbuk və süvenir qılınc oğurlanıb.
Məhəmməd Məmmədov tutularaq istintaqa cəlb edilib.
Evdən oğurladığı noutbuk və süvenir qılınc da Məhəmməd Məmmədovun satdığı şəxslərdən alınaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kürdəmirdə evdən oğurluq edən şəxs saxlanılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.