Cəmiyyət

Qarpızın baha satılması geniş müzakirələrə yol açıb - Qiymət iki dəfə düşə bilər - VİDEO

19 İyul 2018 21:04
1 Şərh     Baxış: 3 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il bu vaxtı kiloqramı 20-25 qəpiyə satılan qarpızın qiyməti hazırda sözün əsl mənasında kəllə-çarxa çıxıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bazarlara çıxarılan qarpız tələbi ödəmədiyindən keçən ilki qiymətdən 3 dəfəyə qədər baha satılır.

Satıcılar qarpızı yerindən baha aldıqlarını deyirlər. Onların sözlərinə görə, qarpıza həddindən artıq tələbin olması yerində qiymətləri bahalaşdırıb.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Nicat Nəsirli bu il qarpızın qiymətinin kəskin bahalaşmasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, başlıca səbəb bostan sahələrinin xeyli azalmasıdır. Əgər 2008-ci ildə 28 min hektarda qarpız əkilmişdirsə, bu rəqəm ildən-ilə azalaraq 18 min hektara qədər düşüb.

Nicat Nəsirli, qiymət baha olmasının digər səbəblərini də açıqlayıb.

Onun sözlərinə görə, yaxın günlərdə qarpızın qiymətində enmə müşahidə ediləcək. Hazırda satışda olan məhsul örtükaltında yetişdirilən qarpızlardı və təxminən bir həftədən sonra açıq sahədə qarpız yetişəcək. Qiymətlərin 30-40 qəpiyə düşəcəyi gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyi də qarpızın bahalaşmasının səbəblərini açıqlayıb. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşmanın səbəblərindən biri də fermerlərin tələb-təklif qanunlarına uyğunlaşa bilməməsidir. Digər bir səbəb kimi isə fermerlərin daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması göstərilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qarpızın baha satılması geniş müzakirələrə yol açıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.