Cəmiyyət

İki nəfəri it dişləyib

18 İyul 2018 22:37
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda iki nəfəri it dişləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında rayonun Turaclı kənd sakini, 1964-cü il təvəllüdlü Tofiq Nadir oğlu Nadirov və rayonun Üzümlü kənd sakini 1954-cü il təvəllüdlü Gülarə Hidayət qızı Ağamiyeva it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan bildirlib ki, müayinə zamanı Tofiq Nadirovun sağ ayağının baldır, Gülarə Ağamiyevanın isə hər iki əlini it dişlədiyi məlum olub. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.