Cəmiyyət

Sumqayıtda qəbiristanlıq zibilliyə çevrilib - VİDEO

18 İyul 2018 22:22
2 Şərh     Baxış: 1 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində qəbiristanlıq zibilliyə çevrilib.

Milli.Az bildirir ki, tullantılar qəbirlərin ətrafına atılıb, qəbirlərdən çıxan torpaq da həmin əraziyə yığılıb. Hətta bir neçə qəbirin yolu tullantılar səbəbindən keçilməz hala gəlib.

Sakinlərin sözlərinə görə, məzarları ziyarətə gələnlərin əksəriyyəti tullantıları qəbiristanlığın ərazisinə atır.

Sumqayıt sakini İradə Süleymanova deyir ki, qıraq ərazilərdən də buraya zibil atanlar olur.

Qazılan qəbirlərdən çıxarılan torpaqlar da başqa əraziyə daşınmaq əvəzinə buradakı qəbirlərin yanına yığılır. Bu səbəbdən də bəzi qəbirlərin yanında kiçik təpəciklər yaranıb.

Məsələ ilə bağlı qəbirsitanlığın rəhbərliyindən bildirildi ki, vətəndaşların şikayətləri nəzərə alınıb. Yaxın günlərdə həmin tullantılar ərazidən daşınacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda qəbiristanlıq zibilliyə çevrilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.