Cəmiyyət

Diqqət! Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz - VİDEO

18 İyul 2018 21:30
2 Şərh     Baxış: 6 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəxsiyyət vəsiqəsini dəyişən zaman kimsə 5 manatlıq rüsum ödəyib, sənədin 10 günə verilməsini gözləyirsə, o, bu zaman ərzində bir sıra hüquqlarını icra etməkdən məhrum olur. Milli.Az bildirir ki, bu isə insanların öz hüquqlarını təmin etmələrində problemlər yaradır.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər vətəndaşın şəxsiyyət vəsiqəsini dəyişmə müddətində bu vəsiqəni əvəz edən sənədi yoxdursa, o, bankda hansısa əməliyyat apara, əgər xəstədirsə təcili əməliyyatı üçün klinika ilə müqaviləni imzalaya bilməyəcək. Ancaq vətəndaşın bu zaman kəsiyində məhrum olduğu hüquqlar bununla da bitmir.

Xəyal Bəşirov təklif edir ki, vətəndaşların belə problemlərlə qarşılaşmamaları üçün şəxsiyyəti təsdiq edən və şəxsiyyət vəsiqəsi statusunda hansısa müvəqqəti sənədin verilməsi məqsədəuyğun olardı. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Diqqət! Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.