Cəmiyyət

Bakıda iki universitetin yataqxanası fərqli model üzrə tikiləcək

18 İyul 2018 20:42
0 Şərh     Baxış: 1 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda iki universitetin yataqxana kompleksi "Tik-idarə et-təhvil ver" modeli əsasında inşa olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, tədbirin icrası məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı ilə bağlı bir sıra ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib, eləcə də bu sahədə ölkəmizdə mövcud vəziyyət və sözügedən sahəni tənzimləyən milli qanunvericilik sistemi araşdırılıb. Araşdırmaların nəticəsi olaraq, ölkədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya layihəsi hazırlanıb. "Tik-idarə et-təhvil ver" modeli ("TİT" modeli) əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər görülüb, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib.

"TİT" modeli çərçivəsində həyata keçirilməsi mümkün ola biləcək layihə müəyyən edilib, müvafiq texniki iqtisadi əsaslandırmanın və digər aidiyyəti sənədlərin hazırlanması üçün zəruri işlərin görülməsinə başlanılıb.

Həmçinin ADNSU və BDU-nun tələbələri üçün yataqxana komplekslərinin tikintisinin "TİT" modeli çərçivəsində həyata keçirilməsi pilot layihələr olaraq müəyyənləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.