Cəmiyyət

Gənc alimin sayca üçüncü olan monoqrafiyası çapdan çıxdı

18 İyul 2018 16:32
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc alim, hüquq üzrə fəlsəfə doktoru Sima Azər qızı Süleymanlının sayca üçüncü olan "Mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi problemləri və Azərbaycan Respublikasının qanunvericiliyi" adlı monoqrafiyası "Azərbaycan" nəşriyyatında çapdan çıxmışdır. Bu kitabda müasir dövrdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi problemindən bəhs olunur və bu problem Azərbaycan Respublikasının qanunvericiliyi ilə qarşılıqlı münasibətlər müstəvisində tədqiq edilir.

Həmçinin kitabda mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsinin beynəlxalq və dövlətdaxili hüquqi əsasları, ümumi və xüsusi-hüquqi xüsusiyyətləri, maddi və prosessual-hüquqi cəhətləri araşdırılır.

Əsərdə mədəni irsin qorunması sahəsində mövcud olan çoxsaylı beynəlxalq müqavilələr, beynəxalq təşkilatlar, xüsusilə UNESKO çərçivəsində qəbul olunan tövsiyə xarakterli sənədlər araşdırılır, Azərbaycan Respublikasında  qəbul olunan qanunlar və qanun qüvvəli normativ hüquqi aktlar bir çox dövlətlərin müvafiq qanunvericiliyi ilə müqayisəli şəkildə təhlil edilir. 

Beynəlxalq və qeyri-beynəlxalq hökumət təşkilatlarının fəaliyyətinin geniş araşdırıldığı kitabda Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəni irsin qorunması sahəsindəki fəaliyyəti elmi baxımdan ətraflı təhlil edilir.

Kitabla Azərbaycan Respublikasının bir çox kitabxanalarında, məsələn, M.F.Axundov adına kitabxana, Prezident kitabxanası, AMEA-nın elmi kitabxanası, Bakı Dövlət Universitetinin kitabxanası, Naxçıvan Dövlət Universitetinin kitabxanası və s. yerlərdə tanış olmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.