Cəmiyyət

2 minə yaxın reklam konstruksiyalarının yayımı dayandırılıb

18 İyul 2018 13:40
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir il ərzində 2 minə yaxın reklam konstruksiyalarının yayımı dayandırılıb, 10-a yaxın inzibati protokol tərtib olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev jurnalistlərə deyib.

O.Əliyev qeyd edib ki, sahibkarlar reklam konstruksiyasının növünə, texniki tələblərinə, istismara yararlılığına diqqət etməlidirlər.

Agentlik direktorunun müavini bildirib ki, reklam pozuntuları ilə bağlı cərimələr müxtəlifdir, 500 manatdan 10 min manata qədərdir.

O vurğulayıb ki, Agentlik reklamlarda Azərbaycan dili normalarının qorunması istiqamətində də addımlar atır: "Gündəlik belə faktlarla bağlı müraciətlər olur. Normaların pozulmasına imkan vermirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.