Cəmiyyət

DYP reyd keçirdi, 30-a yaxın sürücü cərimələndi - VİDEO

17 İyul 2018 17:19
0 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu rayonunda avtonəqliyyat vasitələrinə qarşı reyd keçirilib.

Milli.Az "report"a istinadən bildirir ki, reydləri keçirməkdə əsas məqsəd baş verə biləcək hadisələrin qarşısını qabaqcadan almaq və sürücüləri bununla bağlı maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Bundan başqa havaların həddindən artıq isti keçməsilə əlaqədar Ağsu Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının həkimləri də reyd zamanı sürücülərin və sərnişinlərin mənzil başına salamat çatması məqsədilə onlara tibbi yardımlar da göstəriblər.

Reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və avtomobilə əlavə konstruksiya edən sürücülər aşkar olunub. Reyd zamanı 40-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 30-a yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DYP reyd keçirib, 30 sürücü cərimələnib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.