Cəmiyyət

Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb - VİDEO

17 İyul 2018 21:08
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə reyd keçirilib.

Reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən 8 istirahət mərkəzində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, 4 istirahət mərkəzi və 1 restorandan isə məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı müəyyən olunub.

Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Faiq Mütəllimovun sözlərinə görə, reydlər Xəzər dənizinin Azərbaycana aid olan bütün hissəsində aparılacaq.

Reydlər Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xəzər dənizini çirkləndirənlər cəzalandırılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.