Cəmiyyət

Gürcüstanda Temur Abazovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib

20 Sentyabr 2018 22:41
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Rustavi Şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, hakim Ketevan Luaşvili ittiham tərəfinin iş üzrə konkret sübutlar təqdim etmədiyini bildirib.

Hakim məhkəmə prosesinin təxirə salınması barədə qərar qəbul edib. İş üzrə növbəti məhkəmə iclası oktyabrın 9-na təyin olunub.

T.Abazovla bağlı son məhkəmə iclası sentyabrın 6-da baş tutub. Məhkəmədə T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və onun həbsdə saxlanılması barədə qərar qəbul olunub.

T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.