Cəmiyyət

Bakıda yoldan keçən şəxs bıçaqlanıb - VİDEO

17 İyul 2018 08:38
0 Şərh     Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal rayonunda gənc oğlan tanımadığı şəxs tərəfindən ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Şamaxinka kimi tanınan ərazidə baş verib.

Belə ki, 22 yaşlı Orucov Sadiq Namiq oğlu sözügedən ərazidən piyada keçərkən naməlum şəxs ona yaxınlaşaraq pul tələb edib. S.Orucov pulunun olmadığını bildirib. Naməlum şəxs ona əvvəlcə bıçaqla hədə qorxu gəlib. Bu vaxt tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Orucov bıçaqlanıb. Hadisəni törədən şəxs isə ərazidən qaçaraq uzaqlaşıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Növbətçi cərrah "Report"un əməkdaşına müsahibəsində bildirib ki, S.Orucov döş qəfəsinin sağ tərəfindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya qəbul edilib. O cərrahi əməliyyat olunub. Müəyyən edilib ki, bıçaq daxilə 10 santimetr dərinliyində daxilə nüfuz edib. Qaraciyər və mədnin ön divarı zədələnib. Yaralı əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinə məlumat daxil olub.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yoldan keçən şəxs quldur tərəfindən bıçaqlanıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.