Cəmiyyət

Sığortalı avtomobilinə sığorta cəriməsi gəlib - VİDEO

16 İyul 2018 22:04
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilini icbari qaydada sığorta etdirib, buna dair müqavilə imzalayıb, ancaq sığorta etdirmədiyi üçün 2 ay sonra adına cərimə gəlib.

Milli.Az bildirir ki, bu hadisə Ağcabədi rayon sakini Oktay Səfərovun başına gəlib. O deyir ki, bu ilin aprel ayının əvvəlində özünə məxsus avtomobili "Atəşgah" sığorta şirkəti vasitəsilə icbari qaydada sığorta etdirib. Sığorta agenti müqavilə ilə ona yaxınlaşıb və 71 manat ödənişi qəbul edib. Avtomobilini sığorta etdirdikdən iki ay sonra ona sığorta olunmadığı üçün cərimə gəlib.

Oktay Səfərovun sözlərinə görə, sığorta şirkəti onun avtomobilinin icbari sığortasını yenidən rəsmiləşdirsə də, cərimə ödənilməmiş qalıb.

Ödənilməmiş cəriməyə görə avtomobilini sürə bilməyən sürücü çıxılmaz vəziyyətdə qalıb. Məsələ ilə bağlı sığorta şirkətinin Ağcabədi rayon nümayəndəliyindən bildirdilər ki, həmin vaxt sistemdə problem olub. Ödəniş sistemə düşmədiyi ücün müqavilə qeydə alnmayıb. Vətəndaşın müraciətindən sonra məsələ araşdırılıb və yenidən müqavilə bağlanıb. O ki qaldı cərimə məsələsinə, vətəndaş özü bununla bağlı şirkətin baş idarəsinə müraciət etməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sığortalı avtomobilinə sığorta cəriməsi gəlib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.