Cəmiyyət

Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir - BU LİFTLƏRƏ KİM NƏZARƏT ETMƏLİDİR? - VİDEO

15 İyul 2018 22:58
3 Şərh     Baxış: 2 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir. Milli.Az bildirir ki, paytaxtdakı bəzi hündürmərtəbəli binalardakı liftlərə vaxtında xidmət göstərilmədiyindən bir çox hallarda sakinlər ya liftdə qalır, ya da günlərlə mənzillərinə piyada qalxmalı olurlar.Vətəndaşlar deyir ki, artıq təzə binalardakı liftlər də köhnəlib və vaxtı vaxtında texniki baxış göstərilmir.

Ekspertlər isə binada olan bütün texniki qurğulardan tikinti şirkətinin məsuliyyət daşıdığını deyir.Xüsusi ilə də liftlər mütəmadi istifadə olunduğundan texniki baxışın vaxtı vaxtında keçirilməsi vacibdi.

Tikinti üzrə ekspert Şirin Şərifov deyir ki, tikintini aparan şirkət mənzillər təhvil verildikdən sonra da binada liftlərin işləməsini təmin etməlidir. Bunun üçün hündürmərtəbəli binalarda yaşayan sakinlərdən komunal ödəniş də alınır.

Hüquqşunas Xəyal Bəşirov isə bildirir ki, qəza baş verən zaman onun səbəbi mütləq aidiyyatı qrumlar tərəfindən təəfərrüatlı araşdırılmalıdır. O ki, qaldı liftə baş verən qəza zamanı məsuliyyəti kimin daşımasına, hüquqşunas deyir ki, bu zaman MTK-nın hər hansı bir şirkətlə müqaviləsinin olub olmaması araşdırılmalıdır. Əgər varsa məsuliyyəti həmin şirkət daşımalıdır. Əks halda bütün məsulliyyət MTK-nın üzərində qalır. Cəza mexanizminə gəldikdə isə əgər lift qəzası zamanı kiminsə sağlamlığına ziyan dəyərsə, bu zaman məsuliyyət daşıyan şəxsi 1500-3000 manat cərimə gözləyir. Əgər hadisə zamanı ölüm faktı qeydə alınarsa, bu zaman məsuliyyət daşıyan şəxsi 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması, və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ya baxımsızdı, ya da ümumiyyətlə işləmir - BU LİFTLƏRƏ KİM NƏZARƏT ETMƏLİDİR?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.