Cəmiyyət

Qəzanı digər sürücülər avtomobili saxlayıb çəkə bilərmi? - VİDEO

15 İyul 2018 22:08
2 Şərh     Baxış: 2 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzaya düşən avtomobilin ətrafında xeyli insan toplaşıb. Mobil telefonu olan hər kəs qəzanı lentə alır.

Xüsusən son dövrlər avtonəqliyyat hadisəsi baş verərkən bu kimi mənzərələrə tez-tez rast gəlinir. Qəza baş verir və anında yoldan keçən avtomobildən düşənlər qəzanı lentə almağa başlayırlar. Milli.Az bildirir ki, bu da bəzi hallarda həmin yolda böyük tıxaca səbəb olmaqla yanaşı və təcili yardım avtomobillərinin hadisə yerinə tez çatmasına da maneə olur.

Bunu etiraf edən sürücülər də var. Artıq bu kimi halın yaşanmaması üçün bir sıra ölkələrdə qanun sərtləşdirilir. Əbu-Dabi polisi də yol qəzalarına tamaşa etməyi xoşlayan sürücülər üçün yeni cərimə tətbiq edib. Bundan sonra, nəqliyyat axınını ləngidən sürücülər polis tərəfindən müəyyən edilərək 1000 dirhəm yəni, 273 ABŞ dolları məbləğində cərimə ödəməli olacaqlar.

Sürücülərin bəziləri belə mexanizmin azərbaycanda da tətbiqini məqsədə uyğun hesab edirlər. Onların fikirincə belə cərimənin tətbiq edilməsi xoşagəlməz halları azalda bilər.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, belə cərimə mexanizminin ölkəmizdə tətbiqi hələ ki real görünmür. Çünkü bunun üçün yollarda xeyli sayda texniki qurğuların quraşdırılmasına ehtiyac var. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəzanı digər sürücülər avtomobili saxlayıb çəkə bilərmi?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.