Cəmiyyət

"Qazel" aşıb, sürücü ölüb

15 İyul 2018 20:37
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda "Qazel" markalı avtomobil aşıb, 1 nəfər ölüb. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Xanəgah kəndi ərazisində baş verib. 

İlkin məlumata görə, həmin ərazidə taxılla dolu "Qazel" markalı yük maşını hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. 

Nəticədə "Qazel"in sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.