Cəmiyyət

Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən "Aslanlar" tərəfindən MƏHV EDİLİB

15 İyul 2018 20:04
Baxış: 10 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a daxil olan məlumatda bildirilir ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifafə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib.

Məlumatda bildirilir li, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.